Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Füzuli şəhərinə çəkilən yolda son vəziyyət - ÖZƏL AÇIQLAMA
Füzuliyə ilkin olaraq qısa müddətə ikizolaqlı çınqıl örtüklü yolun inşası planlaşdırılır. Bu, Şuşaya bütün növ nəqliyyat vasitələri ilə gediş-gəlişi təmin etmək üçün şərait yaradacaq.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
“Füzuli istiqamətində yol yatağının inşası işləri aparılır. Bu istiqamətdə altı hərəkət zolağı olan avtomobil yolunun inşası nəzərdə tutulub. Yol çətin relyefi olan əraziyə qədər uzadılacaq. Çətin relyefi olan ərazidə isə yolun zolaqlarının sayı dördə endiriləcək. Hava şəraitinin dəyişkənliyinə baxmayaraq, yol boyu işlər davam etdirilir. Türkiyənin “Kolin” İnşaat Şirkəti və digər şirkətləri ərazidə çalışır. Həmin qruplar çətin relyefi olan ərazidə artıq işlərə başlayıblar. Bütün texnikalarla agentliyimiz onlara görülən işlərdə dəstək olur.
Eyni zamanda, ərazidə yerli şirkətlərdən olan “AzVirt” MMC də proseslərin gedişatında iştirak edir. Füzuli şəhərinə qədər olan ərazidə isə Agentliyin tabeliyində olan qurumlar çalışır”, - deyə o bildirib.
Könül Cəfərli
Rəylər