Okt
2014
18:20
9
119
6511
Virtual karabakh

Azərbaycanda doğuş zamanı faciə - YENİLƏNİB + FOTO

9 Okt, 2014
18:20
6511

Azərbaycanda doğuş zamanı faciə - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyasını dəyişən xəstənin yaxınları həkimi günahlandırır.

Azərbaycanda daha bir ana və uşaq ölümü baş verib. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə bu gün günortadan sonra Xaçmaz rayon xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Arzu Rəhim qızı İsmayılova və onun körpəsi doğuş zamanı ölüb. 

Hazırda dünyasını dəyişən ananın qohumları xəstəxanadadır. Onlar həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Ölüm qeydə alınan doğuş şöbəsinin həkimi İradə Bayramovanın ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ana doğuş zamanı daxil olarkən körpə ana bətnində ölüb.

“Bu, Arzu İsmayılovanın ikinci doğuşu olub. Xəstənin vəziyyəti normal olub. Uşaq götürüləndən sonra da normal idi. Onun halı 40 dəqiqədən sonra pisləşib”, - deyə İradə Bayramova bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

17:06

Azərbaycanda daha bir ana ölümü baş verib. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhər xəstəxanasında baş verib. 33 yaşlı rayon sakini Arzu İsmayılova doğuş zamanı vəfat edib. 

Ana ilə bərabər uşaq da dünyasını dəyişib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri