Dərs ilinin birinci yarımili başa çatsa da, Azərbaycanda müəllimlərə kurikulum vəsaitlərinin təqdim edilməməsi ilə bağlı mütəmadi olaraq xəbərlər yayılır.
Müəllimlər vəsaitin onlara təqdim edilməməsi ilə bağlı iddia irəli sürüblər.
Oxu.Az-ın sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
“2013-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş fənlər üzrə təhsil proqramları (və ya fənn kurikulumları) Təhsil İnstitutunun saytından əldə etmək olar: https://www.arti.edu.az/az/page/29-umumi-tahsil.
Əlavə olaraq, cari tədris ili başlamazdan öncə, pandemiya zamanı müxtəlif hədəf qruplarına faydalı ola biləcək resurslar hazırlanıb və Təhsil İnstitutunun “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” bölməsinə (https://www.arti.edu.az/az/resurs.php) yerləşdirilib”, - deyə bildirilib.
İlhamə Əbülfət
Rəylər