İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyəti qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən bir ədəd pulemyot, beş ədəd avtomat, bir ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2 628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.