Bakı metropolitenində bir sıra elektron vasitələrdən istifadə etməklə gediş haqqını ödəmək mümkün ola bilər.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verilib.
“Belə ki, yeniliyin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən danışmaq hələ tezdir. Bununla bağlı hər hansı əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, - deyə o, bildirib.
Könül Cəfərli
Rəylər