13 
Dek
2014
17:32
8
99
2892
Virtual karabakh

“Shacman” ölüm gətirdi

13 Dek, 2014
17:32
2892

“Shacman” ölüm gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarıblar.

Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyatı üzrə təhvil verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri