Disput.Az forumunun istifadəçiləri dekabrın 14-də kimsəsizlər evini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, forumçular kimsəsizlər evində məskunlaşanlara yemək və bayram sovqatları təqdim ediblər.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri davamlı olaraq bu cür xeyriyyə aksiyaları keçirirlər.
Disput.Az sosial şəbəkəsi Azərbaycanın ən böyük forumudur. Hər gün minlərlə internet istifadəçisi bu forumun imkanlarından yararlanır, müxtəlif mövzularda müzakirələrdə iştirak edirlər.
E.Ə.
www.oxu.az