17 
Yan
2015
15:32
179
161
48068
Virtual karabakh

Bakının sərxoş xanım sürücüləri - YENİLƏNİB + VİDEO

17 Yan, 2015
15:32
48068

Bakının sərxoş xanım sürücüləri - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi ekspertizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürülüb.

Polis paytaxtda növbəti reyd keçirdib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, reydin əsas məqsədi əlbəttəki paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi idi. Reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sərxoş halda sükan arxasına əyləşmək oldu. Saxlanılan sürücülər tibbi eskperizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürüldü.

Reydlərə paytaxtın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilmişdi. Tədbirin gedişi zamanı Neftçilər prospektində saxlanılan xanım sürücünü sərxoş olduğuna rast gəlindi. Bu azmış kimi o, sənədlərini polis əməkdaşlarına verməkdən boyun da qaçırırdı.

YPX-nin inspektoru Mətin Abdullazadə xanım sürücünün manevr qaydasını pozduğu üçün saxlanıldığını deyir. Sürücü xanım ilk öncə sənədlərini təqdim etməkdən boyun qaçırdıb. Daha sonra isə onun içkili olduğu aydınlaşdırılıb.

Oşxar hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində də qeydə alındı. İçkili halda maşın idarə edən digər xanım da, yol polisinin əmirinə tabe olmağı üçün saxlanıldı. Sürücü və onun xanım sərnişinini maşından yalnız əraziyə Post Patrul Ximdəti əməkdaşları gəldikdən sonra düşürmək mümkün oldu. 

Həsən Əliyev küçəsində "NİVA" markalı minik maşını sahibi tərəfindən əlavə detallarla təmin edildiyi üçün saxlanıldı. 

YPX-nin tağım komandiri Nurlan Əliyev maşında səsgücləndirici vasitələrin olduğunu və bunun üçün inzibati qaydada tədbir görüləcəyini bildirdi. 

Reyd zamanı 60-dən çox sürücü saxlanıldı. Tədbirin yekununda bəlli oldu ki, saxlanılanların böyük əksəriyyətəi sərxoş sürücülər olub. 

BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov paytaxt üzrə 67 sərxoş sürücünün saxlanıldığını və bunlardan 6-nın qadın olduğunu açıqladı. 11 avtoxuliqan da onlar tərəfindən zərərsizləşdirilib. Yığılan sənədlər isə məhkəməyə göndəriləcək. 

Paytaxt polisinin keçirdiyi bu reydlər mütəmədi olaraq davam etdiriləcək. Məqsəd isə sonda lazımi nəticələrin əldə edilməsidir.

09:32

Bu gecə Bakının küçələrində yol polisi növbəti reyd keçirib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, reydin əsas məqsədi paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi olub.

Reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sürücülərin sərxoş halda sükan arxasında oturması olub. Saxlanılan sürücülər tibbi ekspertizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürülüb.

Reydlərə paytaxtın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilib. 

Reyd zamanı 60-dan çox sürücü saxlanılıb. Tədbirin yekununda bəlli olub ki, saxlanılanların böyük əksəriyyəti sərxoş sürücülər olub. Bakı şəhər DYP İdarəsinin şöbə rəisi Vaqif Əsədov sərxoş sürücülərdən 6 nəfərinin qadın olduğunu, həmçinin saxlanılanlardan 11 nəfərin avtoxuliqan olduğunu deyib. 

Paytaxt polisinin keçirdiyi bu cür reydlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri