19 
Fev
2015
19:15
245
67
76597
Virtual karabakh

Hökumətdən yeni qərar: Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı

19 Fev, 2015
19:15
76597

Hökumətdən yeni qərar: Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9 gün ardıcıl istirahət.

Azərbaycanın Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, indi Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28-də (şənbə günü) daxil olmaqla, 9 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günlə sayılır).   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri