29 
Yan
2015
11:00
129
23
25769
Virtual karabakh

Martda 9 gün qeyri-iş günü olacaq

29 Yan, 2015
11:00
25769

Martda 9 gün qeyri-iş günü olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramında bir həftə istirahət olacaq.

Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Martın 8-i - Beynəlxalq qadınlar günü bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Oxu.Az xəbər verir ki, bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri