Ələt-Astara yolunun Salyan rayonu Şorsulu qəsəbəsi ərazisində baş verən dəhşətli yol qəzasında ölənlərin adı məlum olub.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-də saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi MAZ markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə “VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
22.02.2015 20:43
Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.
Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.
Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.
Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.