10 
Mar
2015
12:22
138
33
5189
Virtual karabakh

Bakıda 8 Mart gecəsi 3 sərxoş qadın sürücü saxlanıldı

10 Mar, 2015
12:22
5189

Bakıda 8 Mart gecəsi 3 sərxoş qadın sürücü saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xanımlardan biri polisə müqavimət göstərib.

Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günündə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 3 qadın sürücü sərxoş vəziyyətdə saxlanılıb. 

Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, həmin qadınlar Bakı şəhər DYPİ-nin 11-ci tağımının əməkdaşları tərəfindən səhərə yaxın aşkar ediliblər. 

Saxlanılarkən xanım sürücülərdən biri polisə müqavimət göstərsə də, onun barəsində müvafiq tədbirlər görülüb.

11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev bildirib ki, ümumilikdə martın 6-dan 8-dək Bakıda 11-ci tağımın əməkdaşları tərəfindən 59 sərxoş sürücü aşkarlanıb. Onlardan 7 nəfəri qadın sürücü olub. Təkcə 8 Mart günü tutulan 29 sərxoş sürücüdən 3-ü xanımdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri