19 
May
2015
21:26
54
344
8047
Virtual karabakh

Nazir: Hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb - FOTO

19 May, 2015
21:26
8047

Nazir: Hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailələr yeməklə və geyimlə təmin olunacaq”.

Zərərçəkmişlərin yerləşdirilməsi üçün Bilgəh qəsəbəsindəki sanatoriya ərazisində kotteclər ayrılıb.
 
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Binəqədi rayonunda yanmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı bildirib.
  
S. Müslümov deyib ki, hazırda sakinlərin siyahısı tutulur və onlar həmin sanatoriyaya göndərilir: “Ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb. Prezidentin göstərişinə əsasən, zərərçəkmişlərin hər birinə yardım olunacaq”.
 
S. Müslümov qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının tərkibindəki nazirliklərin nümayəndələri hadisə yerindədir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri