Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanlı məmurun yeganə oğlu əsgər getdi
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, ötən gün hərbi xidmətə yollanan E.İbrahimov “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.
1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E.İbrahimov Londonda ali təhsil alıb.
Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.
Qeyd edək ki, E.İbrahimov N.İbrahimovun yeganə oğludur.
Ən çox oxunanlar
Rəylər