28 
Mar
2024
10:34
16
221
4305
Virtual karabakh

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı - YENİLƏNİB + FOTO

28 Mar, 2024
10:34
4305

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü avtomobil qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, martın 28-də saat 8 radələrində  Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes-Benz”, Zaur Kərimovun idarə etdiyi VAZ-2109 və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2109 markalı avtomobilin sürücüsü və oğlu Cavad Kərimov hadisə yerində ölüblər. “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb.

 Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

09:40

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un cənub bürosunun məlumata görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, zəncirvari qəzada VAZ-2109, “Chevrolet Cruze” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə VAZ-2109 olan sürücü və oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri