25 
Apr
2024
08:22
19
45
683
Virtual karabakh

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

25 Apr, 2024
08:22
683

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

6. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

8. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri