25 
Apr
2024
13:00
95
14
1918
Virtual karabakh

Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

25 Apr, 2024
13:00
1918

Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.

Oxu.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində qərar verilib.

Qeyd edilib ki, məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri