25 
Apr
2024
14:52
12
96
802
Virtual karabakh

Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO

25 Apr, 2024
14:52
802

Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Nizami rayonunda Şərq küçəsindən Bakıxanov qəsəbəsinə gedən yolda işıqfor olsa da, işləmir.

Bu barədə Baku.ws-ə məlumat daxil olub.

Sakinlər deyiblər ki, həmin əraziyə iki ildir işıqfor quraşdırılsa da, fəaliyyət göstərmir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirilib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır:

“Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Sözügedən kəsişmədəki nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri