25 
Apr
2024
17:40
8
114
1542
Virtual karabakh

Bakıda tarixi binaya müdaxilə edilib? - AÇIQLAMA + FOTO

25 Apr, 2024
17:40
1542

Bakıda tarixi binaya müdaxilə edilib? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində yerləşən tarixi binaya müdaxilə edildiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Oxu.Az xəbər verir ki, söhbət Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən binadan gedir. Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alındığını əks etdirən, üzərində inventar nömrəsi olan lövhə vurulmuş, 1912-ci ilə aid binaya iri reklam lövhəsi bərkidilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Xidmətin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən bina xüsusi mülkiyyətdədir:

“Abidələrin üzərində reklam qurğularının yerləşdirilməsi “Reklam haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Mövcud qanunvericilik aktlarına əsasən, tarixi abidələrin bədii-estetik görünüşünü pozan, onların bütövlüyünə, dayanıqlılığına xələl gətirən hər hansı reklam və ya məişət qurğularının vurulması qadağandır. Təqdim edilən şəkildəki abidəyə vurulan reklam lövhəsinin isə binanın qapı hissəsi üçün ayrılmış divar oyuğunun çərçivə hissəsinə yerləşdirildiyi və binanın hər hansı memarlıq elementinin üzərini örtmədiyi görünür”.

Bununla yanaşı, F.Hüseynli əlavə edib ki, sözügedən abidəyə təkrar baxış keçiriləcək.

Aliyə Rafiq

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri