Avq
2015
12:15
45
43
1628
Virtual karabakh

Azərbaycanda 50 mindən çox vətəndaş Prezident təqaüdü alır

4 Avq, 2015
12:15
1628

Azərbaycanda 50 mindən çox vətəndaş Prezident təqaüdü alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ƏƏSMN məlumat yaydı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ilin I yarısında 50 mindən çox (daha dəqiq 53 484) vətəndaşa Prezident təqaüdü verilib. 

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib. 

Nazirliyin məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13402 şəhid ailəsinə, 18784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. 

Həmçinin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük Vətən müharibəsi iştirakçısı olan 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17480 nəfər Prezidentinin aylıq təqaüdü ilə təmin olunub. 

Qeyd olunan dövrdə 406 nəfərə Azərbaycan Prezidentin fərdi təqaüdü ödənilib. 

Həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də Prezident təqaüdü təyin olunaraq ödənilməsinə başlanılıb. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri