Noy
2015
10:22
6
57
2571
Virtual karabakh

İlham Rüstəmov: Biz Qəbələdə matçın yayımını mənim göstərişimlə dayandırmışıq

2 Noy, 2015
10:22
2571

İlham Rüstəmov: Biz Qəbələdə matçın yayımını mənim göstərişimlə dayandırmışıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“...Bu, sizin probleminizdir”.

CBC Sport telekanalı Topaz Premyer Liqasının 11-ci turunun “Qəbələ”-“Kəpəz” (1:2) arasındakı matçın dünənki birbaşa yayımını dayandırmalı olub.

Oxu.Az xəbər verir ki, yayım birinci taymdan sonra qatı duman ucbatından dayandırılıb.

Belə ki, duman meydanda nə baş verdiyini aydın görməyə imkan verməyib. Amma matçın 70-ci dəqiqəsində Qəbələdə duman dağıldığı üçün yayım bərpa edilib.

““Qəbələ”-“Kəpəz” matçının yayımını mənim göstərişimlə dayandırdıq. Əgər siz yalnız bir üstəgəl işarəsi üçün yayımımızı davam etdirməli olduğumuzu düşünürsünüzsə, bu, sizin probleminizdir.

Biz yalnız keyfiyyətli yayım nümayiş etdirəcəyik. Mən matçın keçirilməsi barədə qərar qəbul edən insanlar üçün cavabdeh deyiləm. Mən sadəcə nümayiş etdirməyəcəm. Duman dağılan kimi, biz yayıma qoşulduq və matçın qalan hissəsini nümayiş etdirdik.

Biz bütün qolların şahidi olduq. Bu isə o deməkdir ki, qapıları yalnız biz yox, futbolçular da görmürdü”- СBC Sport telekanalının baş direktoru İlham Rüstəmov vəziyyəti şərh edərkən bildirib.

Məlum olduğu kimi “Qəbələ”-“Kəpəz” matçı hələ şənbə günü başlayıb, amma oyunun 30-cu dəqiqəsində qatı duman ucbatından oyun dayandırılıb.

Oyuna bazar günü saat 20.00-da davam etmək qərarı alınıb. Amma təyin edilmiş vaxtda Qəbələdə stadionun üzərini yenidən duman alıb. Buna baxmayaraq, oyunu başa çatdırmaq qərarı qəbul edilib.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri