Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Neftçi” “Zirə” ilə bərabərliyə qaldı
Topaz Premyer Liqasının 15-ci turunun iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Zirə” ilə bərabərliyə qalıb - 1:1. 4-cü dəqiqədə Luis Alberto “Zirə”ni hesabda irəli çıxarıb. 6 dəqiqə sonra Ruslan Qurbanov “Flaqman”ın bərabərlik qolunu vurub
“Qəbələ” səfərdə “Xəzər-Lənkəran”a minimal hesabla qalib gəlib - 1:0. Yegənə qolu oyunuт 21-ci dəqiqəsində Aleksey Antonov vurub.
Komandalar “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş faciənin qurbanlarını anıblar. Futbolçular meydançaya qara sarğılar və dəbilqələrnən çıxıblar.
Oyunlardan əvvəl bir dəqiqəlik sükut elan olunub.
Turnir cədvəli:
1. “Qarabağ” – 32 xal (14 matç)
2. “Qəbələ”– 27 (15)
3. “Zirə” - 25 (15)
4. “İnter” – 24 (14)
5. “Neftçi” – 20 (15)
6. “Kəpəz”– 20 (14)
7. “Sumqayıt” – 12 (14)
8. “Xəzər-Lənkəran” – 12 (15)
9. AZAL – 12 (14)
10. “Rəvan” – 9 (14)
F.H.
www.oxu.az
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Qazaxıstanlı nazirdən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
- Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILIR
- AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirilib
- Əli Əsədov təyyarə qəzasından sonra yardıma görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi
Rəylər