Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimova Yaponiya çempionatının matçında 58 xal toplayıb.
Oxu.Az xəbər verir ki, bu, oyun ərzində yığılmış xallara görə dünya rekordudur.
Polina Rəhimovanın mənafeyini qoruduğu “Toyota Auto Bod Kvinsis” komandası “Xitaçi Riveyl” ilə oyunda 3:2 hesabı (24:26, 25:22, 25:23, 22:25, 9:15) hesabı ilə qalib gəlib.
Rəhimova ötən il 57 xal toplamış bolqar Elitsya Vasilyevanın rekordunu təkrarlayıb.
F.H.
www.oxu.az