17 
Dek
2015
15:25
71
44
1334
Virtual karabakh

Azad Rəhimov: İdmançılarımız 820-dən çox medal qazanıblar

17 Dek, 2015
15:25
1334

Azad Rəhimov: İdmançılarımız 820-dən çox medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2015-ci il Azərbaycan idmanı üçün əlamətdar il oldu”.

İldən-ilə medallarımızın sayı artır və bu il də belə oldu. 

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində "Olimpiya Hərəkatı"na həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda iştirak edən nazir idmançılarımızın 2015-ci ili yüksək səviyyədə keçirdiklərini söyləyib: 

“2015-ci il Azərbaycan idmanı üçün əlamətdar il oldu. Ölkəmiz Avropa Oyunlarını ilk dəfə təşkil etməklə tarixə düşdü. Bu il həm də medal sayı baxımından uğurlu alındı. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə il ərzində idmançılarımız 820-dən çox medal qazanıblar. Bu isə ötən ilkindən yüksək göstəricidi”.

Qeyd edək ki, Azərbaycan idmançıları 2014-cü ildə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ümumilikdə 805 medal qazanmışdılar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri