Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qarabağ”ın oyununda “CBC”nin aparıcısına sevgi etirafı - FOTO
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” (1:1) matçında maraqlı hadisə yaşanıb.
Oxu.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşlərindən Murad Qafarov tribunalarda az-az rast gəlinən bir vasitəyə əl atıb. Belə ki, o, plakat açaraq, sevgi etirafı edib. Qafarovun bu etirafı isə həmin vaxt stadionda olan və matçı yayımlayan CBC kanalının Nərmin adlı əməkdaşına olub.
Qafarov sevgi etirafı ilə bağlı bunlar deyib:
- 4-5 il olar ki, “Qarabağ”ın oyunlarına azarkeş kimi gəlirəm. Nə vaxtsa belə bir şey edəcəyim ağlıma gəlməzdi. Elə oldu ki, Nərmin xanımı tanıdım . Onda hələ CBC-də işləmirdi. Sonra öyrəndim ki, bu kanalda işə düzəlib və veriliş aparır. Müəyyən vaxtdan sonra bildim ki, “Qarabağ”ın oyunlarına da gəlir və bu kluba da azarkeşlik edir. Həmişə də özü ilə oyuna gəlib-gəlməyəcəyi ilə maraqlanırdım. Utancaq olduğum üçün heç vaxt belə şeyləri cəsarət edib, deyə bilmirdim. Sonradan uşaqlarla fikirləşdim ki, belə bir pankart hazırlayaq. Onlar da mənə məsləhət verdi ki, tribunada ən klassik üsul budu. Matçdan 2 saat əvvəl uşaqlarla görüşdük, parça, sprey aldıq və pankartı hazırladıq. Stadiona gələndə də CBC-nin maşınları dayanmışdı. Burada matçın rejissorunu tapdım və xahiş etdim ki, qarşılaşmanın 51-ci dəqiqəsində kameralar bizi çəksin. 51-ci dəqiqəni seçməyim də səbəbsiz deyil. Çünki “Qarabağ” 1951-ci ildə yaranıb. Gözləmədiyim rezonans baş verdi.
- Qızı daha əvvəldən də tanıyırdın və ilk dəfə idi ki, bu sevgini etiraf edirdin...
- Bəli. 2-3 ilə yaxındı ki, dost idik. Amma etiraf etməyə qorxurdum ki, münasibətimiz korlanar. Fikirləşdim ki, hər dəfə pis olmaqdansa, bir dəfə “hə” desin. Cəsarətimi yığdım, bu günə saxladım və etdim.
- Necə düşürsən, xanımın indi bundan xəbəri var?
- Düzü, heç bilmirəm qızın xəbəri var ya yox. Axırıncı dəfə pankart açmamışdan qabaq harda olduğunu soruşdum. Mənə media işçiləri üçün ayrılmış otaqda olduğunu dedi. Ondan sonra plakatı açdım, indi bu məsələdən xəbərdar olub-olmadığını bilmirəm.
- Etdiyin hərəkətin qızın xoşuna gəlməməyindən qorxmursan?
- Bu haqda fikirləşdim. Sevgimin arxasındayam. Əksinə indi çox rahatam. Əvvəl sevgim ürəyimdə qalmışdı.
- Əgər sevginə qarşılıq almasan, növbəti oyunlarda başqa hansısa variantlara əl atmaq fikrin varmı?
- Düzdü, indi mövsümün ilk yarısı başa çatdı. Amma “Qarabağ”ın ev, səfər oyunlarının hamısına gedirəm. Hətta Ukraynada belə komandamı dəstəkləmişəm. Əgər qarşılıq almasam, növbəti görüşlərdə başqa variantlara da əl atacam. Hətta meydançaya düşmək fikrim də var. Qoy, Azərbaycan üçün yenilik olsun, cığır açmaq istəyirəm (gülür).
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər