28 
Dek
2015
21:57
126
164
26928
Virtual karabakh

İlham Əliyev tanınmış futbolçunu əfv etdi - FOTO

28 Dek, 2015
21:57
26928

İlham Əliyev tanınmış futbolçunu əfv etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O avtomobil ilə yolu keçmək istəyən piyadanı vurub.

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslərdən birinin futbolçu olduğu müəyyənləşib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, hazırda “Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.

Sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Xatırladaq ki, futbolçu “Bakı”da çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olub. Bununla belə, N.Novruzova qarşı cinayət işi qaldırılıb. 

Klubun da müraciətindən sonra ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitiminə təqribən 3 ay qalmış əfv olunub.

Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri