15 
Yan
2017
14:26
296
89
30144
Virtual karabakh

Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir – VİDEO

15 Yan, 2017
14:26
30144

Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, dünən Portuqaliya Premyer Liqasının XVII turundə “Benfika” – “Boavişta” (3:3) oyunundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci “sarı” ilə cəzalandırılıb.

Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşib. Portuqaliya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəzalandıracağı dəqiqdir. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədir.

Qeyd edək ki, Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb.

Xatırladaq ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri