24 
May
2017
12:12
352
40
67429
Virtual karabakh

Rafael Ağayevin yeni evindən görüntülər – VİDEO

24 May, 2017
12:12
67429

Rafael Ağayevin yeni evindən görüntülər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Xəzər TV”-də yayımlanan “Hər şey daxil” verilişinin çəkiliş komandası karatenin “Brilyant oğlanı” Rafael Ağayevin evində qonaq olub.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, R.Ağayev qonaqları üçün pomidor-yumurta bişirib. Mətbəxdə o qədər də məharətli olmadığını söyləyən idmançı çox həyəcanlı olduğunu bildirib.

Ailəsi və yenicə doğulmuş oğlu haqqında danışan idmançı hər gün oğlunu görmək üçün evə tələsdiyini, ata olmağın gözəl hiss olduğunu qeyd edib. Sonda Rafael Ağayev hazırladığı yeməyi qonaqları ilə birlikdə nuş edib.

Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri