27 
May
2014
13:00
36
13
2062
Virtual karabakh

Qubada möhtəşəm qolf turnirinə sayılı günlər qaldı

27 May, 2014
13:00
2062

Qubada möhtəşəm qolf turnirinə sayılı günlər qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turnirdə həvəskar qolfçular da iştirak edə biləcəklər.

İyunun 7-də Azərbaycanda ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turniri keçiriləcək.

Azərbaycan Qolf Federasiyasından Oxu.Az-a verilən xəbərə görə, bu mötəbər turnir 2014-cü il iyun ayının 7-sində Quba şəhərində yerləşən Milli Qolf Klubunda baş tutacaq.

Turnirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir.

Turnir 18 dəlikli  “Mixed Stroke Play” formatında təqdim olunacaq. Turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak edə biləcəklər.

Azərbaycan Qolf Federasiyası sizi böyük məmnuniyyətlə Azərbaycanda ilk dəfə təşkil olunmuş bu möhtəşəm qolf turnirini izləməyə dəvət edir.

Media nümayəndələrinin iştirakını təmin etmək məqsədilə təşkil olunmuş nəqliyyat vasitəsi 07.06.2014-cü il tarixində, səhər saat 08.00-da “Qış parkı”nın qarşısından Quba şəhərinə yola düşəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri