Okt
2018
13:43
166
25
5634
Virtual karabakh

Maksim Medvedev: “Arsenal” futbolçularından forma götürmədim

5 Okt, 2018
13:43
5634

Maksim Medvedev: “Arsenal” futbolçularından forma götürmədim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəşad Sadıqovun yoxluğunda “Qarabağ”ı Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə oyunda kapitan kimi meydan çıxarmış Maksim Medvedev müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir.

– Məğlub olsanız da, komandanın üzvləri müsbət ab-havadadır...

– Düşünürəm ki, “Qarabağ” rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsenal” bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi. Onları bura gətirmişik. Azarkeşlər belə nəhəngi gördülər, maraqlı oyun izlədilər.
 
– Erkən qol nəticəyə təsir etdi?

– Bu bir az da kuryoz qol oldu. Diqqətsizlik baş verdi. Futbolda hər şey baş verə bilər. Çalışdıq biz oynayaq, amma rəqib 2-3 hücuma keçdi və qol vurdu.
 
– İlk hissədə Aleks İvobiylə mübarizələrdə çətinlik yaşayırdınız. Amma fasilədən sonra onun əl-qolu bağlandı...

– Deməzdim ki, çətinlik oldu. Aleksin fərdi ustalığı güclüdür. İrəli xəttə də gedirdim. Buna görə də bir az çətinlik yaşayırdım. Gücümü çox sərf etdim.

– Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk edəndə fitə basıldı. Buna münasibətiniz necədir?

– Fitə basmağı yaxşı qarşılamıram. Mahir gəncdir. Ona təzyiq etsələr, potensialını ortaya qoya bilməyəcək. Ona dəstək olmaq lazımdır. 21 yaşında “Arsenal”a qarşı oynamaq hər futbolçuya nəsib olmur. Biz, təcrübəli oyunçular biz az həyəcanlı oluruqsa, gənclərə dəstək vacibdir. Özilə gəlincə, o, böyük futbolçudur. Yəqin ki, çoxlu fanatları var. Həm də Türkiyə əsillidir.
 
– Rəqiblə forma dəyişdiniz?

– Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Fanatlarımıza təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri