Okt
2018
09:49
35
206
9974
Virtual karabakh

Bakıda Özilin forması üstündə dava düşdü - VİDEO

5 Okt, 2018
09:49
9974

Bakıda Özilin forması üstündə dava düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakıda baş tutan “Qarabağ” – “Arsenal” matçından sonra xoşagəlməz insident baş verib.

Oxu.Az-ın xəbərinə görə, oyundan qurtardıqdan sonra London təmsilçisinin türk əsilli futbolçusu Məsut Özil formasını tribunalardakı azarkeşlərə atıb.

Lakin azarkeşlər Özilin formasını bölüşdürə bilməyiblər və onlar arasında dava düşüb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandanın heyətində Sokratis Papastatopulos, Emil Smit-Rouv və Matteo Guendouzi müvafiq olaraq 4, 53 və 80-ci dəqiqələrdə fərqləniblər.

İki turdan sonra E qrupuna birinci və ikinci yerləri altı xalla “Arsenal” və “Sportinq” bölüşdürürlər.

“Qarabağ” və “Vorskla”nın isə hesabında xal yoxdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri