Azad edilmiş ərazilərdə neçə yaşayış məntəqəsi qazla təmin olunur? - Foto Foto
19 okt, 2026 / 22:04 517

Azad edilmiş ərazilərdə neçə yaşayış məntəqəsi qazla təmin olunur? - Foto

Cəmiyyət
Xocalının 150-yə yaxın sakininə tibbi xidmət göstərilib - Foto Foto
16 okt, 2026 / 16:10 1058

Xocalının 150-yə yaxın sakininə tibbi xidmət göstərilib - Foto

Cəmiyyət
Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"
14 okt, 2026 / 11:14 276

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

Siyasət
Prezident: "İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir"
14 okt, 2026 / 10:45 318

Prezident: "İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir"

Siyasət
İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi
14 okt, 2026 / 10:35 1046

İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi

Siyasət
Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi - Foto Araşdırma   Foto
04 okt, 2026 / 18:00 2057

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi - Foto

İqtisadiyyat
İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var
30 sen, 2026 / 22:00 5774

İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var

Cəmiyyət
Böyük qayıdış: 42 ailənin doğma yurd həsrəti sona çatdı, açarlar təqdim olundu - FOTO Yenilənib   Foto
30 sen, 2026 / 13:25 2147

Böyük qayıdış: 42 ailənin doğma yurd həsrəti sona çatdı, açarlar təqdim olundu - FOTO

Cəmiyyət
Xocavənd sakini: "Sevinə-sevinə öz evimizə qayıdırıq"
30 sen, 2026 / 06:53 389

Xocavənd sakini: "Sevinə-sevinə öz evimizə qayıdırıq"

Cəmiyyət
Şəhid bacısı: "Bu günü çox səbirsizliklə gözləyirdim" Foto
30 sen, 2026 / 06:49 318

Şəhid bacısı: "Bu günü çox səbirsizliklə gözləyirdim"

Cəmiyyət
35 il sonra Xocalıya qayıdan sakin: "Bundan gözəl xoşbəxtlik ola bilməz"
30 sen, 2026 / 06:42 377

35 il sonra Xocalıya qayıdan sakin: "Bundan gözəl xoşbəxtlik ola bilməz"

Cəmiyyət
"Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub - FOTO/VİDEO Foto   Video
26 sen, 2026 / 12:05 1895

"Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub - FOTO/VİDEO

Siyasət

"Böyük Qayıdış" teqi üzrə xəbərlər

Böyük Qayıdış: Azad Olunmuş Ərazilər Necə Dirçəlir?

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri zamanı diqqət mərkəzində duran ən önəmli məsələlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması haqqında fikirlər idi.

Prezident Füzuli və Şuşa şəhərlərinə 2021-ci il yanvarın 14-dəki səfəri zamanı demişdir: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki düşməni qısa müddət ər- zində torpaqlarımızdan qovduq - cəmi 44 gün ərzində - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik"

Bunun üçün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması modeli də hazırlanıb. Bu - "ağıllı kənd" və "ağıllı şəhər" modelidir. Bərpa ediləcək birin- ci kənd də Zəngilanın Ağalı kəndi müəyyən edilmişdir.

Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2021-ci il aprelin 26-dakı səfəri zamanı demiş- dir: "Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki "Böyük qayıdış" bu gün başlayır".

Zəngilan, Laçın və Füzulidə Yeni Həyat

2022-ci ildən başlayaraq Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı və Tərtərin Talış kəndi, habelə Laçın və Füzuli şəhərlərinə vətəndaşlarımızın qayıdışı təmin edilib. Qeyd etmək yerinə düşər ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin edilməsi üçün 16 noyabr 2022-ci il tarixdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Proqramın hazırlanmasında qlobal trendlər və beynəlxalq normalar nəzərə alınıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər Dövlət proqramları kimi Böyük Qayıdış Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın iradəsinin ifadəsi, əməli təzahürü və prosesin reallaşdırılmasının praktiki planıdır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.