nida

Haqqımızda

"Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir.

Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.

Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

Baş redaktor Ülvi Səfərov. 

KEYFİYYƏT, SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT

Azərbaycan Respublikasında fəaliyyət göstərən, operativ və dəqiq məlumatların təmin edilməsi ilə seçilən “OXU.AZ” MMC olaraq fəaliyyət sahəmizdə ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur. “OXU.AZ” MMC keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:

  • Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi;
  • Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
  • Xidmətin idarə olunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
  • Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
  • Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
  • Fəaliyyətdə risk və proses yanaşmasının tətbiqini;
  • Təchizatçılarla uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
  • Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
  • Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarəolunmasını;
  • İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetməsinin təkmilləşdirilməsini;
  • Ətraf mühitin qorunması öhdəliyinə uyğun olaraq çirklənmənin qarşısının alınmasını;
  • İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınmasını;
  • Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə təhlükələrin aradan qaldırılması və risklərin azaldılmasını;
  • IMS-nin daimi təkmilləşdirilməsini.

“OXU.AZ” MMC-nin rəhbərliyi keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi siyasətinin həyata keçirilməsi məqsədi ilə lazımi resurslarla vaxtında təmin olunmanı və hər bir əməkdaşın məlumatlandırılması öhdəliyini öz üzərinə götürür.

27.12.2022-ci il tarixində, "Oxu.az" xəbər saytı ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlarına layiq görülmüşdür.

Əlaqə

Ünvan

Rəsul Rza küçəsi 75, Winter Park Plaza, AZ 1014, Bakı, Azərbaycan

Telefon:

(055) 224-76-86