Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub.
Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib.
Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar.
Qəzaya uğrayan "Lada Priora" markalı avtomobildə olan dörd nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəki rayonunun İnçə kəndi ərazisində qəzaya düşüblər.
Şəkidə yol-nəqliyyat hadisəsində həlak olan hərbçi Səbuhi Ağazadə dəfn olunub.
Oxu.Az xəbər verir ki, mərhum Sumqayıtda torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə dünən Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

İqbal Ziya