ABŞ ordusunda hərbçiləri xidmətdə qalmağa həvəsləndirmək üçün maraqlı üsula əl atılıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Corciya ştatındakı Fort-Styuart hərbi bazasında yerləşən 3-cü piyada diviziyasının əsgərlərinə "GTA VI" oyununu oynamaq üçün dörd günlük istirahət təklif edilib. Lakin bu imkandan yararlanmaq üçün hərbçilər ordu ilə müqavilələrinin müddətini ən azı iki il uzatmalıdırlar.
Təklif oyunun noyabrın 19-na planlaşdırılan buraxılışından əvvəl irəli sürülüb. Komandanlıq əsgərlərin çoxdan gözlədiyi yeni oyuna marağından yararlanmaq qərarına gəlib və xidmət müddətinin uzadılmasını təşviq edən proqrama əlavə istirahət günlərini də daxil edib.
Diviziyanın nümayəndəsi, podpolkovnik Endjel Tomko proqramın həqiqətən mövcud olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hərbçilər əsgərlərə şəxsi maraqlarına uyğun nəsə təklif etmək istəyiblər.
Bu imkandan yararlana bilən 130 hərbi qulluqçudan 20-si "GTA" oynamaq üçün avqust ayınadək məhz dörd günlük istirahəti seçib.