"GTA VI" oyununun - ABŞ-nin "Rockstar" studiyasından "Grand Theft Auto"nun yeni hissəsinin buraxılışı franşizanın bütün tarixi ərzində ən aşağı istifadəçi reytinqlərindən biri ilə nəticələnib.
Oxu.Az-ın xəbərinə görə, bu, ən böyük rəy aqreqatoru olan "Metacritic"in məlumatlarından irəli gəlir.
Eyni zamanda, tənqidçilər oyunu əks şəkildə qiymətləndiriblər: 100-dən 99 xal - platformanın bütün tarixi ərzində ən yüksək nəticələrdən biridir.
"Metacritic"in məlumatına görə, istifadəçi reytinqi başlanğıcda 10 baldan 4.9-a düşüb, noyabrın 21-də səhər isə yalnız 5.5-ə yüksəlib.
Əvvəlki hissələri, ilk növbədə "GTA V" illərdir ən yüksək qiymətləndirilənlər sırasında qalan bir franşiza üçün bu, auditoriyadan gələn ən aşağı başlanğıc göstəricilərindən biridir.