Amerika kinematoqrafiyasının tanınmış simaları olan Ancelina Coli və Bred Pitt Fransadakı "Chateau Miraval" şərab zavodu ilə bağlı illərdir davam edən məhkəmə mübahisəsinə nəhayət ki, son qoyublar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Page Six" nəşri yayıb.
Keçmiş ər-arvadın birgə bəyanatında qeyd olunur ki, onlar ailələrinin mənafeyini əsas götürərək, məsələni məhkəmədənkənar yolla həll ediblər. Pitt və Coli mövzu ilə əlaqədar əlavə açıqlama verməkdən imtina ediblər.
Bundan əlavə, aktyorlar xəbərdarlıq ediblər ki, mətbuatda anonim mənbələrə istinadən dərc olunan hər hansı şərh onlara və ya yaxınlarına aid deyil. Tərəflər arasında əldə olunan razılaşmanın şərtləri açıqlanmır.