UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən "Sabah" - "Barselona" oyunu azarkeş sayına görə V turun ən çox izlənilən üçüncü matçı olub.
Oxu.Az xəbər verir ki, son tur 18 qarşılaşma arasında Bakı Olimpiya Stadionunda baş tutan oyunu 66 321 tamaşaçı izləyib.
Bu göstərici ilə Azərbaycan çempionunun matçı yalnız "Real Madrid" - PSV (76 176) və "İnter" - "Ştutqart" (74 003) qarşılaşmalarından geri qalıb.
Azarkeş sayına görə 5-ci turun ilk beşliyi aşağıdakı kimidir:
"Real Madrid" - PSV - 76 176;
"İnter" - "Ştutqart" - 74 003;
"Sabah" - "Barselona" - 66 321;
"Atletiko" - "Vikinq" - 63 314;
"Arsenal" - "Borussiya Dortmund" - 60 704.
Qeyd edək ki, "Sabah" - "Barselona" oyunu 1:4 hesabı ilə yekunlaşıb.