"Barselona"ya qol vurmaq mənim üçün çox xüsusi hadisədir. İkinci qolumu da vura bilərdim, amma alınmadı".
Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasında "Barselona" ilə keçirilən qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib.
Futbolçu qarşılaşmanın hər iki hissəsinin fərqli keçdiyini bildirib:
"İlk hissədə topa çox sahib olmasaq da, iki çox yaxşı qol imkanımız oldu. Bir qədər şanslı olsaydıq, iki qol vura bilərdik. İlk hissədə yaxşı oynadıq. Həmin anda düşünürdük ki, bəlkə də xal qazana bilərik. Lakin ikinci hissənin əvvəlində iki qol buraxdıq. "Barselona"ya qarşı belə vəziyyətdə geri dönüş etmək çox çətindir".
Mikels komandanın hücuma keçməsindən sonra rəqibin yaranan boşluqlardan istifadə etdiyini vurğulayıb:
"Barselona"nı Bakıda qəbul etmək bizim üçün böyük şərəf idi. Lakin göstərdiyimiz oyun xal qazanmaq üçün kifayət etmədi".
Futbolçu Çempionlar Liqasında "Vilyarreal"la keçiriləcək növbəti qarşılaşma barədə də gözləntilərini bölüşüb:
"Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Belə böyük komandalara qarşı xal qazanmaq üçün inkişaf etməli və ən yaxşı oyunumuzu göstərməliyik. Ümid edirəm ki, "Vilyarreal"la qarşılaşmada xal qazana biləcəyik".