Cəlilabad rayonunda içməli su təchizatında problem yaranıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində baş verən qəza nəticəsində rayonun bir hissəsinə suyun verilişi dayanıb.
Qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12