Noyabrın 26-da qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan işlər yekunlaşana qədər Ağdaş rayonunun Ləki qəsəbə, Pirəyir, Cücük, Kotanarx, Nehrəxəlil, Cardam, Davudlu, Binələr, Əmirarx, Güvəkənd, Hapıtlı, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki və Yenicə kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qaz təchizatının dayandırılması ümumilikdə 5 044 abonenti əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.