İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yol kənarında dayanan traktora çırpılıb.
Toqquşma nəticəsində traktor iki yerə bölünüb. Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12