Şirvan sakini əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həmdül Tahir oğlu Abdullazadənin özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.
Nəticədə o, sol əlindən aldığı çoxsaylı ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Onun əlində ixtisaslaşmış cərrahi əməliyyatın aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.
Faktla bağlı araşdırma aparılır.