Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS-532" tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, helikopter təlim məqsədilə Əskişəhərdən havaya qalxıb. Qəzaya uğrayan helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə nəticəsində xəsarət alanların və ya həlak olanların olub-olmaması, eləcə də ekipaj üzvlərinin sayı barədə hələlik məlumat verilməyib.