İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyundan əvvəl Bakıda məşqə çıxıb.
Oxu.Az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda Bakı Olimpiya Stadionunda məşq edib.
Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif fiziki və taktiki çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.