UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Barselona" ilə qarşılaşacaq "Sabah" matçöncəsi son məşqini keçirib.
Oxu.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunda hazırlıq prosesinə qoşulub.
Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Futbolçular əvvəlcə isinmə hərəkətləri edib, daha sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.