Şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslər endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsultasiya olunacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, insulinə ehtiyacı olmayan xəstələr 3 ayda 1 dəfə konsultasiyadan keçəcəklər. İnsulinə ehtiyacı olanlar isə ayda bir dəfə endokrinoloq konsultasiyasına cəlb ediləcəklər.