Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə çatlar genişlənib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar-20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır:
"Son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyənləşdirilib. Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır".