Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimalındakı Ras əl-Xaymə əmirliyində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 11 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin Daxili İşlər Nazirliyi yayıb.
Əmirliyin Əl-Vətən küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımda yer alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və xilasetmə xidmətlərinin əməkdaşları cəlb ediliblər. Qəza nəticəsində yaralananların sayı və ölənlərin vətəndaşlığı barədə hələlik əlavə məlumat verilməyib.