Censen Huanq "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə bərpa edildikdən sonra onun sərvəti bir gündə təxminən 34 milyard dollar artıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Forbes" jurnalı yayıb. Son hərracların nəticələrinə görə, sahibkarın sərvəti 144 milyard dollar dəyərində qiymətləndirilib.
Bu isə bazar açılmazdan əvvəlki göstəricidən 33.9 milyard dollar çoxdur. Beləliklə, faiz nisbətində artım təqribən 30% olub. Bu nəticə Huanqın qayıdışı xəbərləri fonunda "Nvidia" səhmlərinin qiymətinin kəskin artması sayəsində əldə edilib.
İş adamı ilə bağlı baş verən qalmaqal onun sərvətinin sürətlə azalması ilə nəticələnmişdi. Bu səbəbdən o, "Forbes"in tərtib etdiyi dünyanın ən zəngin on şəxsi siyahısından çıxaraq, 18-ci pilləyə geriləmişdi.
Hazırda isə sahibkar reytinq cədvəlində 13-cü yerdədir. Noyabrın 23-də "Nvidia"nın direktorlar şurası istefasından 11 gün sonra Censen Huanqı yenidən baş direktor postuna qaytarıb. İş adamının vəzifəsinə qayıtmasına ABŞ Prezidenti Donald Tramp və sahibkar İlon Mask da dəstək verib. Şirkətin səhmləri sürətlə bahalaşsa da, Huanqın əhatəsinin Çin kəşfiyyatı ilə iddia olunan əlaqələrinə dair araşdırma davam edir.